İtaliyanın “Roma” klubunun sabiq futbolçusu Jozef Buasse vəfat edib.

Offsideplus.az xəbər verir ki, 21 yaşlı kamerunlunun ölümünə səbəb ürəktutması olub.

Qeyd edək ki, 2017-ci ildə “Roma”nın heyətində olan afrikalı heç bir rəsmi matçda meydana çıxmayıb. Onun Paytaxt təmsilçisi ilə müqaviləsi 2018-ci ildə başa çatıb.