"Atalanta"nın üzvü Andrea Rinaldi ölümlə mübarizə aparır.
Offsideplus.az xəbər verir ki, 19 yaşlı oyunçu beyin anevrizmasına yoluxub.
Futbolçu Vareze şəhərindəki xəstəxanada reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər "Atalanta"nın üzvünün həyatda qalmaq şanslarının az olduğunu bildiriblər.
Qeyd edək ki, Rinaldi icarə əsasında D seriyası təmsilçisi "Lenano"da çıxış edirdi.