İtaliya A seriyası klubları məşqləri bərpa etməyə hazırlaşırlar.
Offsideplus.az xəbər verir ki, "Udineze" koronavirus pandemiyası ilə əlaqədar dayandırılan məşqləri mayın 4-də bərpa etmək təklifini qəbul etməyib. Klub rəhbərliyi bəyanat yayaraq bildirib ki, bazadakı bütün fəaliyyətlər müvafiq orqanlar tərəfindən tibbi protokolların müəyyənləşdirilməsinə və bu yöndə bildiriş alınana qədər dayandırılacaq.
Qeyd edək ki, İtaliya A seriyası XXVI turdan sonra dayandırılıb.