İtaliyanın "İnter" klubu yayda heyətini ulduz futbolçu ilə gücləndirmək niyyətindədir.

Offsideplus.az "The Sun"a istinadən xəbər verir ki, Milan təmsilçisi London "Arsenal"ının əsas hücumçusu Pyer Emerik Obameyanqı transfer etmək üçün hərəkətə keçib. Belə ki, komandanın baş məşqçisi Antonio Konte qabonlu hücumçunu əsas transfer prioritetləri kimi görür. "İnter" hücumçu üçün qarşı tərəfə 50 milyon funt-sterlinq təklif edir.

Qeyd edək ki, Obameyanqı daha bir Avropa nəhəngi "Barselona" da transfer etməkdə maraqlıdır.