Dünən A seriyasında “Leççe” yə qarşı səfər matçında (1:1) “Yuventus” klubunun hücumçusu Qonsalo İquain rəqib qapıçı Qabriellə toqquşma zamanı başından zədə alıb.
Offsideplus.az xəbər verir ki, bu səbəbdən futbolçunun başına sarğı qoyulub. Buna baxmayaraq, o, meydana qayıdaraq sonadək oynayıb.
Matç başa çatdıqdan sonra isə argentnalı futbolçu tibbi müayinədən keçməsi üçün xəstəxanaya aparılıb.
"Yuventus"un baş məşqçisi Mauriso Sarri oyundan sonra keçirilən mətbuat konfransında deyib ki, İquanin başına tikiş qoyulub: "Onun halı özündədir və suallara cavab verə bilir. Düşünürəm ki, bizimlə Turinə qayıda biləcək".