Bakı "İnter"inin (indiki "Keşlə") sabiq baş məşqçisi Kaxaber Sxadadze Azərbaycan klublarından birini çalışdıracağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Offsideplus.az xəbər verir ki, "Ordabasi"nin baş məşqçisi Qazaxıstan Premyer 28-ci turunda "Kayrat"la keçirilən oyundan sonra bu barədə sualı cavablandırıb. Gürcüstanlı mütəxəssis "Azərbaycandan bir komandaya rəhbərlik edə biləcəyiniz barədə məlumat nə dərəcədə düzdür" sualına "Mən heç kimlə danışıq aparmıram" - deyə cavab verib.
Qeyd edək ki, Kaxaber Sxadadze 2009-2015-ci illərdə "İnter"i çalışdırıb.