Madrid "Atletiko"su Koke ilə yola davam etmək istəyir.

Offsideplus.az xəbər verir ki, İspaniya klubunun rəhbərliyi daha bir il təcrübəli futbolçunun komandaya kapitanlıq etməyini istəyirlər.

Bu barədə "Marca" nəşri məlumat yayıb.

"Atletiko"nun yetirməsi olan Koke 15 ilə yaxındır əsas komandada çıxış edir. O, klub tarixində ən çox oyuna çıxan futbolçudur.