"Mançester Yunayted" bu gün Premyer Liqada növbəti matçına çıxacaq.
Offsideplus.az xəbər verir ki, "qırmızı şeytanlar" səfərdə "Nyukasl"la qarşılaşacaq. Əsas suallardan biri olan "qapını kimi qoruyacaq" isə cavab tapıb.
Andre Onana səfərə aparılmayıb.
Bu da o deməkdir ki, Altay Bayındır Premyer Liqada debüt edəcək.
Xatırladaq ki, Onana sonuncu - Avropa Liqası görüşündə ciddi iki səhvlə yadda qalıb. O, komandasının buraxdığı hər iki qolda səhv edib.