Mütləq Döyüş Çempionatının (UFC) prezidenti Dana Uayt UFC314-dən sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. 

Offsideplus.az xəbər verir ki, 55 yaşlı biznesmen jurnalistin "iyunda Azərbaycanda keçiriləcək UFC döyüş gecəsi Ermənistan ilə müharibə təhlükəsinə görə idmançıların təhlükəsizliyini riskə atırmı?" sualına belə cavab verib:

"Xeyr, düşünmürəm. Aydın məsələdir ki, son dərəcə təhlükəli vəziyyət olsaydı, bunu heç vaxt etməzdik". 

D.Uayt "Məkanın dəyişdirilməsi mümkündür? Bostonla dəyişə bilərik?" sualına gülüb:

"Yeri dəyişmək barədə qəti düşünmürəm (gülür). Biz Bakıya gedəcəyik. Bunu edirik. Bu il Bostonda da keçirərik, ümid edirəm". 

Qeyd edək ki, Bakı iyunun 21-də UFC-yə ev sahibliyi edəcək. Döyüş gecəsi "Kristal Zal"da baş tutacaq.