"Qarabağ"ın 15 yaşadək futbolçulardan ibarət komandası Türkiyənin Antalya şəhərində təşkil olunan "Junior World Cup" turnirində daha bir qələbə qazanıb.

Offsideplus.az xəbər verir ki, Rauf Əliyevin yetirmələri qardaş ölkənin "Muratlı Yıldız SK" kollektivinə futbol dərsi keçiblər - 8:0.

"Qarabağ" bundan öncə Türkiyənin digər təmsilçisi "Gündoğan"ı da eyni hesabla üstələmişdi.

Həmyerlilərimiz yarışda keçirdikləri oyunların birində, daha doğrusu birincisində uduzublar. İngiltərənin məşhur "Fulhem" klubunun U-15 komandası ilə görüşdə "Qarabağ" hesabı açsa da, üstünlüyü sonadək qoruya bilməyib - 1:3.