"Mançester Yunayted" Avropa Liqasında "Lion"u 5:4 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib.
Offsideplus.az xəbər verir ki, "qırmızı şeytanlar" Avrokuboklarda 120-cı dəqiqələrdə iki qol vuran ilk klub olub.
Bu barədə "Opta" məlumat yayıb.
"Qırmızı şeytanlar" yarımfinalda "Atletik" ilə qarşılaşacaq. İlk matç Bilbaoda keçiriləcək.
Xatırladaq ki, Avropa Liqasının final matçı "Atletik"in stadionu "San Mames"də olacaq.



