Bu gün "Real" İspaniya La Liqasında növbəti oyununa çıxacaq.

Offsideplus.az xəbər verir ki, "kral klubu"nu "Alaves" ilə matça Karlo Ançelotti yox, oğlu Davide çıxardacaq. Don Karlo cəzalı olduğu üçün matçı tribunadan izləyəcək.

"Alaves" - "Real" qarşılaşması Bakı vaxtıyla saat 18:15-də start götürəcək. Madrid klubu 63 xalla 2-ci, "Alaves" isə 30 xalla 17-ci yeri tutur.