"Arsenal" klubu yayda Arda Güleri transfer etməyi planlaşdırır.
Offsideplus.az xəbər verir ki, "topçular" türkiyəli futbolçu üçün "Real" 35 milyon funt-sterlinq ödəməyə hazırdır.
Bu barədə "Sun on Sunday" nəşri məlumat yayıb.
Arda artıq iki mövsümdür "Real"da çıxış edir. "Kral klubu" onun üçün "Fənərbağça"ya 20 milyon avro ödəyib.
Gənc futbolçu oyun praktikasının azlığına görə yayda Madrid təmsilçisini tərk edə bilər.