"Yuventus" hələ də "Mançester Yunayted"in yarımmüdafiəçisi Pol Poqbanın komandaya cəlb edilməsi imkanlarını nəzərdən keçirir.

Offsideplus.az "Corriere dello Sport" nəşrinə istinadən xəbər verir ki, "qoca sinyora" Poqbanın müqabilində birdən-birə üç futbolçusunu — müdafiəçi Joau Kanselu, yarımmüdafiəçi Blez Matüidi və vinqer Duqlas Kostanı təklif etməyə hazırdır.

Fransalı futbolçu başa çatan mövsümdə İngiltərə çempionatında keçirdiyi 35 matçda 13 qol vurub (7-si penaldan) və 9 məhsuldar ötürmə edib. 26 yaşlı yarımmüdafiəçinin bazar qiyməti 100 milyon avrodur.