Madrid "Real"ının yarımmüdafiəçisi İsko Alarkon "Yuventus" klubuna keçə bilər.

 
Offsideplus.az "Report"-a istinadən xəbər verir ki, Turin təmsilçisi futbolçu üçün 60 milyon avrodan çox pul ödəmək niyyətində deyil. Transferə futbolçunun özünün də komandanı tərk etmək istəyi təkan verə bilər. Belə ki, "Real"ın baş məşqçisi Zinəddin Zidan gələn mövsüm İskoya ümid bəsləmir. Bundan əlavə, İskonun Turin klubuna alınmasını Kriştianu Ronaldu da xahiş edib. Portuqaliyalının fikrincə, yarımmüdafiədə yalnız Miralem Pyaniç yüksək tələblərə cavab verir.
 
Qeyd edək ki, İsko 2013-cü ildən "kral klubu"nun şərəfini qoruyur.