"İnter"in hücumçusu Mauro İkardi təkliflər almaqda davam edir.

Offsideplus.az-ın məlumatına görə, "Yuventus"la yanaşı, PSJ də ulduz futbolçunu heyətinə qatmaqda israrlıdı.

Paris təmsilçisi Argentina millisininin üzvünə Edinson Kavaniyə layiqli əvəzləyici gözü ilə baxır. Artıq həm "qoca sinyora", həm də PSJ keçidlə bağlı qarşı tərəfə rəsmi müraciət edib. Oyunçusunu saxlamaqda niyyəti olmayan "neradzurra" da onun transfer qiymətini müəyyənləşdirib. Milanlılar sabiq kapitanı 70 milyon avroya satmağa hazırdı.

Qeyd edək ki, İkardi bir müddət əvvəl "Real" və "Atletiko"nun da maraq dairəsində idi.