“Empoli” klubu baş məşqçisi Cüzeppe Yakini ilə yolları ayırıb. 

Offsideplus.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı xəbər yayıb.

Klub rəhbərliyi komandanın A Seriyasındakı uğursuz çıxışlarına görə bu addımı atıb.
“Empoli” 27 turdan sonra 22 xalla 17-ci pillədə qərarlaşıb.