"Milan" hücum xəttini "Uotford"dan Jerar Deulofeu ilə möhkəmləndirməyi planlaşdırır.

Offsideplus.az xəbər verir ki, 24 yaşlı hücumçu qış transferində İtaliya klubuna keçə bilər. Bildirilir ki, Milan ispaniyalını icarə əsasında heyətə qatacaq. Deulofeu "Barselona"nın yetirməsidir. Burada 2011-də dübüt edib. Sonralar "Everton" və "Milan"da forma geyib. 2017-də futbolçusunu geri gətirən "Barselona" 6 aydan sonra Uotford-a icarəyə verib. Hücumçunun satış hüququ ingilis klubuna məxsusdur. Deulofeu 16 matçda hesabına 3 qol və 3 məhsuldar ötürmə yazdırıb.