"Udineze"nin yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Offsideplus.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, komandanı bundan sonra Davide Nikola çalışdıracaq. O, bu vəzifədə Xulio Velaskesi əvəzləyib. Klub yeni çalışdırıcı ilə imzalanmış müqavilənin detallarını açıqlamayıb.

Qeyd edək ki, 12 turdan sonra ehtiyatında 9 xal olan "Udineze" 17-ci pillədə qərarlaşıb. Komanda son 7 oyunda cəmi 1 xal toplaya bilib.