İtaliya təmsilçisi “Milan” yay transfer pəncərəsində Kristian Pulişiçə gələn təklifləri rədd etməyə hazırlaşır.
Offsideplus.az xəbər verir ki, futbolçu ilə “Mançester Yunayted”, “Arsenal” və “Tottenhem” klubları maraqlanır.
Bildirilir ki, təxminən 70 milyon avro civarında təklif “Milan”ın qərarını sınağa çəkə bilər. Lakin “rossoneri” rəhbərliyi hazırkı əsas bombardirini heyətdə saxlamaq niyyətindədir.
Kristian Pulişiç bu mövsüm A Seriyasında 8 qol vuraraq “Milan”ın ən məhsuldar futbolçularından biri kimi çıxış edir.



