"Yuventus" rəhbərliyi "Kristal Palas"ın hücumçusu Jan-Filipp Matetanın transferində irəliləmə əldə edə bilməyib.
Offsideplus.az xəbər verir ki, "qoca sinyora" "Fənərbağça"nın forvardı Yusuf En-Nesiriyə yönəlib.
Bu barədə insayder David Ornştayn məlumat yayıb.
"Everton" və "Nottingem Forest" də mərakeşli hücumçu ilə maraqlanan klublardandır.
Nesirinin "Fənərbağça" ilə 2029-cu ilin yayına qədər müqaviləsi var. O, cari mövsüm 25 oyunda 8 qol vurub.


