Daniel Maldini “Yuventus”un transfer siyahısında ön sıralara yüksəlib.

Offsideplus.az xəbər verir ki, Turin klubu futbolçunu yanvar ayında aşağı xərcli variant kimi dəyərləndirir və onu icarə + satınalma bəndi ilə heyətinə qatmağı planlaşdırır.

Bu transferin reallaşması isə Federiko Kiezanın gəlişinin baş tutmaması şərtinə bağlıdır.

Məlumata görə, Maldini özü də “Yuventus”a keçməyə maraqlıdır. Gənc futbolçu eyni zamanda Luçano Spalletti kimi səviyyəli məşqçi ilə işləmək ideyasını da cəlbedici görür.

“Yuventus” rəhbərliyi Maldini variantını aktiv saxlayır və yanvar ayındakı vəziyyətdən asılı olaraq transferlə bağlı yekun qərar verəcək.