Qeyri-sabit hava şəraiti futbol üzrə Azərbaycan çempionatında daha bir oyunun təxirə salınmasına səbəb olub.
Offsideplus.az xəbər verir ki, söhbət əvəzedicilər liqasında XXIV turun “Qarabağ-2” - “Sabah-2” qarşılaşmasından gedir.
Matç bu gün saat 15-də Bakıda "Azersun Arena"da start götürməli idi. Lakin günün birinci yarısında qarın təmizlənməsinə baxmayaraq, stadionu oyuna tam hazırlamaq müşkülə çevrilib. Normadan artıq yağan qar səbəbindən hakimlər briqadası matçın təxirə salınmasına qərar verib.
Görüşün fevralın 25-də keçirilməsi planlaşdırılır.