Bu gün futbol üzrə Əvəzedicilər liqasında 2024/2025 mövsümünün mükafatlandırma mərasimi baş tutub.
Offsideplus.az xəbər verir ki, çempion "Sabah-2" qızıl medallarına və kuboka qovuşub.
Tədbir "Bank Respublika Arena"da keçirilib.
Komandaya qızıl medalları Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov, Azərbaycan yığmasının direktoru İlqar Qurbanov və "Sabah" klubunun prezidenti Maqsud Adıgözəlov təqdim ediblər.
Ardınca “Sabah-2” komandası çempionluq kubokunu başı üzərinə qaldırıb.