Bu gün AFFA İcraiyyə Komitəsinin iclası baş tutub.

Offsideplus.az xəbər verir ki, iclasda Əvəzedicilər Liqası ilə bağlı müzakirələr aparılıb.

AFFA-nın baş katibi C.Fərəcullayev Əvəzedicilər Liqasında ötən mövsümün gedişi, komandaların vəziyyəti, statistik göstəriciləri barədə məlumat verib. Məsələ ilə bağlı Klublar Komitəsinin rəyi dinlənilib.

Qərar verilib ki, Əvəzedicilər Liqası ötən mövsüm olduğu kimi davam etdiriləcək.