"Neftçi"nin əvəzedicilərdən ibarət komandasının üzvü Ağadadaş Salyanski sərt cəzalandırılıb.
Offsideplus.az xəbər verir ki, 20 yaşlı hücumçu Əvəzedicilər liqasının XXXVI turunda “Sabah-2”yə qarşı matçda təcavüzkar davranış göstərib.
O, oyunun 54-cü dəqiqəsində rəqib futbolçunu boğazından tutub mübahisə etdikdən sonra qırmızı vərəqə ilə meydançadan qovulub.
AFFA İntizam Komitəsi futbolçunu 4 oyunluq diskvalifikasiya edib, “Neftçi-2” 300 manat cərimələnib.
Bu qarşılaşmada daha 3 neqativ hal qeydə alınıb.
Belə ki, matçın 90+3-cü dəqiqəsində “Sabah-2”nin analitiki Cəbrayıl Qəmbərov meydançaya kənar əşya atdığına görə 4 oyunluq cəzalandırılıb. "Sabah-2" komandasına 350 manat cərimə kəsilib.
Üstəlik final fitindən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Sabah-2” daha 80 manat cərimə ödəyəcək.
"Neftçi-2" isə 4 futblçusu sarı vərəqə aldığı üçün 70 manat cərimələnib.
Qeyd edək ki, "Sabah-2" - "Neftçi-2" (2:2) görüşündə çempionluğun taleyi müəyyənləşib. Qonaqlar hesabda öndə olsalar da, 2 qol vuraraq məğlubiyyətdən yaxa qurtarıblar və çempion tituluna yiyələniblər.
Azərbaycan yığmasının və "Neftçi"nin əsas komandasının üzvü olan Ağadadaş Salyanski bu matçda əvəzedicilərə kömək etmək üçün heyətə cəlb olunub.



