Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Offsideplus.az xəbər verir ki, tədbirdə Əvəzedicilər Liqasının V turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
30 avqust 2024-cü il tarixində Əvəzedicilər liqasının V turunun “Neftçi-2” – “Şamaxı-2” oyununun 81-ci dəqiqəsində “Şamaxı-2” komandasının 75 nömrəli futbolçusu Ayxan Mustafazadə ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, “Şamaxı-2” komandası 50 manat cərimə edilir (maddə 36.5);
30 avqust 2024-cü il tarixində Əvəzedicilər liqasının V turunun “Neftçi-2” – “Şamaxı-2” oyununun 81-ci dəqiqəsində “Şamaxı-2” komandasının baş məşqçisi Məqsəd Yaqubəliyev ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, “Şamaxı-2” komandası 100 manat cərimə edilir (maddə 42.4);
30 avqust 2024-cü il tarixində Əvəzedicilər liqasının V turunun “Kəpəz-2” – “Sabah-2” oyununda stadionda texniki zona xətlənmədiyinə görə “Kəpəz-2” komandası 100 manat cərimə edilir (madd 69.3);
31 avqust 2024-cü il tarixində Əvəzedicilər liqasının V turunun “Sumqayıt-2” – “Araz-Naxçıvan-2” oyununda “Sumqayıt-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Sumqayıt-2” komandası 70 manat cərimə edilir (maddə 37);
31 avqust 2024-cü il tarixində Əvəzedicilər liqasının V turunun “Sumqayıt-2” – “Araz-Naxçıvan-2” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Sumqayıt-2” komandası 100 manat cərimə edilir (maddə 72.4);
31 avqust 2024-cü il tarixində Əvəzedicilər liqasının V turunun “Zirə-2” – “Qarabağ-2” oyununda “Zirə-2” komandası “A buraxılışı” vəsiqəsindən istifadə etmədiyinə görə “Zirə-2” komandası 50 manat cərimə edilir (maddə 51.8);
2 sentyabr 2024-cü il tarixində Əvəzedicilər liqasının V turunun “Turan Tovuz-2” – “Səbail-2” oyununun matçöncəsi iclasında polis nümayəndəsi iştirak etmədiyinə görə “Turan Tovuz-2” komandası 80 manat cərimə edilir (maddə 73.1);
2 sentyabr 2024-cü il tarixində Əvəzedicilər liqasının V turunun “Turan Tovuz-2” – “Səbail-2” oyununda “Turan Tovuz-2” komandasının 6 futbolçusu sarı vərəqə aldığına görə “Turan Tovuz-2” komandası 70 manat cərimə edilir (maddə 37);