Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. 

Offsideplus.az xəbər verir ki, tədbirdə Əvəzedicilər Liqası ilə bağlı aşağıdakı qərarlar qəbul edilib. 

3 avqust 2024-cü il tarixində Əvəzedicilər liqasının I turunun “Araz-Naxçıvan-2” – “Qarabağ-2” oyununun 68-ci dəqiqəsində “Qarabağ-2” komandasının 48 nömrəli futbolçusu Ayaz Mikayılov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Qarabağ-2” komandası 50 manat cərimə edilir (maddə 36.5);

3 avqust 2024-cü il tarixində Əvəzedicilər liqasının I turunun “Neftçi-2” – “Turan Tovuz-2” oyununda PFL Əsasnaməsinin tələbləri pozulduğuna görə “Neftçi-2” komandası 50 manat cərimə edilir (maddə 70.1);

3 avqust 2024-cü il tarixində Əvəzedicilər liqasının I turunun “Neftçi-2” – “Turan Tovuz-2” oyununda “Neftçi-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Neftçi-2” komandası 70 manat cərimə edilir (maddə 37);

3 avqust 2024-cü il tarixində Əvəzedicilər liqasının I turunun “Neftçi-2” – “Turan Tovuz-2” oyununun 58-ci dəqiqəsində “Turan Tovuz-2” komandasının 27 nömrəli futbolçusu Murad Dadaşev təcavüzkar davranışa (rəqibə əl-qol atdığına) görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanır, “Turan Tovuz-2” komandası 200 manat cərimə edilir (maddə 40.2);

3 avqust 2024-cü il tarixində Əvəzedicilər liqasının I turunun “Neftçi-2” – “Turan Tovuz-2” oyununda “Turan Tovuz-2” komandasının 6 futbolçusu sarı vərəqə aldığına görə “Turan Tovuz-2” komandası 70 manat cərimə edilir (maddə 37);

5 avqust 2024-cü il tarixində Əvəzedicilər liqasının I turunun “Şamaxı-2” – “Sabah-2” oyununda “Sabah-2” komandası matçöncəsi protokolu PFL-in elektron bazasında gec təsdiq etdiyinə görə “Sabah-2” komandası 100 manat cərimə edilir (maddə 91);

5 avqust 2024-cü il tarixində Əvəzedicilər liqasının I turunun “Zirə-2” – “Səbail-2” oyununda “Zirə-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Zirə-2” komandası 70 manat cərimə edilir (maddə 37);

5 avqust 2024-cü il tarixində Əvəzedicilər liqasının I turunun “Zirə-2” – “Səbail-2” oyununun 51-ci dəqiqəsində “Səbail-2” komandasının 84 nömrəli futbolçusu Teymur Məmmədov ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, “Səbail-2” komandası 50 manat cərimə edilir (maddə 36.5);

5 avqust 2024-cü il tarixində Əvəzedicilər liqasının I turunun “Zirə-2” – “Səbail-2” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Zirə-2” komandası 80 manat cərimə edilir (maddə 51.2).