"Bayer Leverkuzen"in futbolçusu Florina Virts hazırda "İnter Mayami"nin formasını geyinən Lionel Messinin nailiyyətini təkrarlayıb.
Offsideplus.az xəbər verir ki, almaniyalı futbolçu buna 22 yaşa qədər Çempionlar Liqası və Avropa Liqasında 17 qol vuraraq müvəffəq olub.
Xatırladaq ki, Virtsin 21 yaşı var. O, 2020-ci ildən "əczaçılar"ın şərəfini qoruyur.