FIFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.

Offsideplus.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Ə.Ağayev UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turu çərçivəsində keçiriləcək “Bolonya” (İtaliya) – “Monako” (Fransa) oyununun baş hakimi olacaq. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.

Qeyd edək ki, matç noyabrın 5-də Boloniya şəhərində yerləşən “Renato Dall-Ara” stadionunda Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.