Bu gün Çempionlar Liqasında pley-off mərhələsinə start veriləcək.

Offsideplus.az xəbər verir ki, ilk oyun günündə 3 görüş keçiriləcək. Bütün matçlar eyni saatda start götürəcək.

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi  “Dinamo” (Zaqreb) klubu Norveçdə “Bude-Qlimt”in qonağı olacaq. Zədəsini sağaldan 25 yaşlı futbolçunun bu oyunda iştirakı gözlənilir.

Türkiyənin “Trabzonspor” klubu Danimarkada “Kopenhagen”lə üz-üzə gələcək.

Bu mərhələnin digər 3 görüşü isə avqustun 17-də keçiriləcək. Azərbaycan çempionu “Qarabağ” Bakıda Çexiyanın “Viktoriya” (Plzen) komandasını qəbul edəcək.

 Çempionlar Liqası 

Pley-off mərhələsi, ilk oyunlar

16 avqust

23:00 Bude-Qlimt (Norveç) – Dinamo (Zaqreb, Xorvatiya)

23:00 Kopenhagen (Danimarka) – Trabzonspor (Türkiyə)

23:00 Reyncers (Şotlandiya) – PSV (Niderland)