UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab matçlarından sonra həftənin ən yaxşı oyunçusu məlum olub.

Offsideplus.az xəbər verir ki, bu ada Madrid "Real"ının yarımmüdafiəçisi Luka Modriç layiq görülüb.

37 yaşlı xorvatiyalı oyunçu səsvermədə İspaniyanın digər təmsilçisi "Vilyarreal"dan Raul Albiolu, İngiltərə "Liverpul"undan Kostas Tsimikası və "Mançester Siti"dən Con Stounzu geridə qoyub.