“Molde” klubunun baş məşqçisi Erlinq Mo Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”la keçirilən oyundan ( əsas vaxt 0-0, penaltilər seriyasında 5:6) sonra mətbuat konfransına qatılıb.
Offsideplus.az xəbər verir ki, o, oyun barədə fikirlərini bölüşüb:
“Bu gün komanda bütün ruhunu meydanda qoydu, sona qədər mübarizə apardı. Bu qələbə insana eyforiya, ecazkar bir hiss verir. Yaşıl meydanlarda bunu tez-tez yaşamırıq. Hədəfimiz Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqdır. Əlimizə düşən imkandan yararlanmağa çalışacağıq. Bu, həm də ciddi gəlir mənbəyi deməkdir. Maliyyə hesabatında yaxşı olduğumu deyə bilmərəm. Ancaq bu baş verərsə, böyük təminat qazanmış olarıq. Bizi dəstəkləyən etibarlı sponsorlarımız var. Bu da iddialı olmaq, gələcəyə nikbin baxmaq imkanı yaradır”.
Qeyd edək ki, “Molde” pley-offda “Ferensvaroş”la (Macarıstan) qarşılaşacaq. “Qarabağ” isə mübarizəni UEFA Avropa Liqasında davam etdirəcək.