Bu gün Misli Premyer Liqasının XXX turunda “Sumqayıt” səfərdə “Şamaxı” ilə qarşılaşıb.
Offsideplus.az xəbər verir ki, matçdan sonra qonaq komandanın baş məşqçisi Ayxan Abbasov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. O, qarşılaşma ilə bağlı fikirlərini bölüşüb:
“Ağır oyun oldu. Belə stadionda oynamaq xoşdur. “Şamaxı” azarkeşlərinə təşəkkür edirəm. Həmçinin “Sumqayıt” azarkeşlərinə də təşəkkür edirəm. Məni unutmayıblar, dəstəklərini göstərdilər. Qarşıdakı oyunlar bizim üçün vacib olacaq. Çalışacağıq ki, turnir cədvəlində irəliləyək.”
Çalışdırıcı Şamaxı təmsilçisinin geridönüş etməsi haqqında bunları deyib:
“İkinci hissədə oyunun tempini qaldırmağa çalışdıq. Görürdük ki, “Sumqayıt” tempi salmaq istəyir. Biz də bu səbəbdən bəzi dəyişikliklər etdik. Bizim motivasiyamız var ki, irəli pillələr uğrunda oynayaq. İstərdik ki, “Neftçi” və “Sabah”la birlikdə yuxarı yerlər üçün mübarizə aparaq. Niyə də yox?”
Gələcək mövsüm haqqında danışan Abbasov bunları deyib:
“Büdcəmizə baxıb, ona uyğun şəkildə qarşımıza məqsədlər qoyacağıq. Biz üstünlüyü gənclərə veririk. “Sumqayıt”da da yaxşı gənc oyunçular var”.