Rafael Fiziyevin Azərbaycanda keçiriləcək UFC döyüş gecəsində iştirak edəcəyi barədə xəbər vermişdik. 

Offsideplus.az xəbər verir ki,  32 yaşlı yüngül çəki dərəcəsində mübarizə aparan döyüşçümüzün rəqibi hələ də müəmmadır. Lakin "Ataman"ın potensial rəqibi ilə bağlı iddialar yayılmağa başlayıb. 

Söyləntilərə görə, R.Fiziyev iyunun 21-də İqnasio Bahamondes ilə üz-üzə gələ bilər. Çilili döyüşçü indiyədək UFC-də 6 dəfə qalib gəlib, 2 dəfə uduzub.

O, sonuncu dəfə UFC313-də amerikalı Jalin Törneri məğlub etmişdi. Rafael isə həmin turnirdə Castin Qeyci ilə döyüşmüş və məğlub olmuşdu. Həmin döyüş mart ayının ən yaxşısı seçilmişdi.