“Həyatımın ən gözəl illəri Bakıda keçib. Azərbaycan üçün hər gün darıxıram”.

Bu sözləri Offsideplus.az-a açıqlamasında Franko Flores deyib. Argentinalı müdafiəçi “Keşlə”də çıxış etdiyi illəri xatırlayıb. 28 yaşlı futbolçu hazırda Honduras çempionatında iştirak edən “RCD Espana” klubunun üzvüdü. Franko Azərbaycan insanının möhtəşəm olduğunu bildirib:

“Keşlə”də cəmi 20 oyunda meydanda oldum. Tam olaraq 1 mövsüm çıxış etmədim. Amma azərbaycanlılar fantastik insanlardırlar. Komandada hər şey qaydasında idi. Ölkəniz mükəmməldir. Həqiqətən çox darıxmışam”.

28 yaşlı müdafiəçi yenidə Premyer Liqada çıxış etmək istədiyini də qeyd etdi:

“Əlbəttə yenidən geri dönmək istəyirəm. Hər mövsüm Azərbaycandan təklif gözləyirəm. Ümid edirəm ki, dekabrda yenidən ölkənizə qayıdacam. “Keşlə”ni sevirəm. Amma Azərbaycanda yenidən çıxış etməyi çox istəyirəm. “Keşlə” yox, başqa bir klubdan da təklif gəlsə, qəbul edərəm”.

Qeyd edək ki, Franko Flores “RCD Espana”nın heyətində Honduras çempionatında 11 oyunda meydanda olub. Bu görüşlərin heç birində fərqlənə bilməyib.

CAHANDAR