Qadınlardan ibarət "Qalatasaray" komandası Çempionlar Liqasının qrup mərhələsində ilk oyununa çıxıb.

Offsideplus.az xəbər verir ki, kollektiv "Lion" ilə üz-üzə gəlib və 0:3 hesabla məğlub olub. 

Azərbaycan millisinin üzvü Kristina Bakarandze start heyətdə meydana çıxıb. Nazlıcan Parlak isə 78-ci dəqiqədə meydana daxil olub.

Qeyd edək ki, "Qalatasaray"ın A qrupunda növbəti rəqibi oktyabrın 17-də "Roma" olacaq.