"Real Madrid" klubu Andres İnyestanın karyerasını bitirməsi ilə əlaqədar paylaşım edib.

Offsideplus.az xəbər verir ki, "Kral klubu" ispan əfsanəyə futbolçu karyerası ərzində gördükləri üçün təşəkkür edib: 

"Klub prezidenti və rəhbərliyi İspaniya və dünya futbolu əfsanələrindən biri olan A.İnyestaya hörmətini və minnətdarlığını bildirir. "Real Madrid" ona və ailəsinə həyatlarında açdığı yeni səhifədə uğurlar arzulayır". 

Qeyd edək ki, "Barselona"nın keçmiş ulduzu 40 yaşında futbolla vidalaşıb.