Kilian Mbappe "Real"da yeni uğura imza atıb.
Offsideplus.az xəbər verir ki, hücumçu dünən Qitələrarası Kubokun finalında "Kral"ın "Paçuka"nı 2:0 hesabı ilə məğlub etdiyi görüşdə fərqlənib.
Bununla da fransalı Madrid təmsilçisinin heyətində ardıcıl 2-ci beynəlxalq turnirin əsas oyununda qol vuran 3-cü futbolçu olub.
Bu məlumatı "Opta Sport" yayıb. Bu nailiyyətə 2014-cü ildə Qaret Beyl, 20 17-də isə Marko Asensio imza atmışdı.
Qeyd edək ki, Mbappe bu il UEFA Super Kubokunda "Atalanta"nı məyus etmişdi.