Çempionlar Liqasında yeni antirekord qeydə alınıb.

Offsideplus.az xəbər verir ki, Fransanın “Marsel” klubu qitənin ən nüfuzlu klub turnirində ardıcıl 13-cü dəfə uduzub. Bu, Çempionlar Liqası tarixinin ən uzun məğlubiyyət seriyasıdır.

Marsellilər öz meydanında “Porto”ya iki cavabsız qolla uduzub. Andre Villaş Boaşın yetirmələri 1/8 final şansını itirib.

Qeyd edək ki, “Marsel”ə qədər antirekord ardıcıl 12 məğlubiyyətlə “Anderlext”ə məxsus idi.