UEFA ilin ən yaxşı oyunçusu və baş məşqçisi adına namizədləri açıqlayıb.
Offsideplus.az xəbər verir ki, Kevin de Bruyne (Mançester Siti), Robert Levandovski (Bavariya) və Manuel Noyer (Bavariya) ən yaxşı oyunçu adına namizəddir.
Ən yaxşı baş məşqçi nominasiyasını qazanmaq üzrə Hansi Flik (Bavariya),Yulian Naqesman ( Leyptsiq) və Yurgen Klopp (Liverpul) iddialıdır.
Qadın futbolçulardan Lyusi Bronz (Mançester Siti) Pernil Harder (Çelsi) və Vendi Renar (Lion) namizədlər sırasındadır. .
Qadın komandaların baş məşqçiləri arasında isə Lluis Kortes (Barselona), Stefan Lerş (Volfsburq) və Jan-Lyuk Vasser (Lion) bu ada iddia edir.
Qaliblər oktyabrın 1-də UEFA Çempionlar Liqasının püşkatma mərasimində açıqlanacaq.