Futzal üzrə Azərbaycan çempionu "Araz-Naxçıvan" 2024/2025-ci illər mövsümünün startına yaxın iki transfer həyata keçirib.

Offsideplus.az bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadən xəbər verir.

Ölkə çempionu 28 yaşlı Əli Rüstəmi və 31 yaşlı Əmirhuseyin Rəsuli ilə heyətini gücləndirib.