"Naxçıvan" klubunun yeni loqosu təqdim olunub

Offsideplus.az xəbər verir ki, Azərbaycan Basketbol Liqasında 2023-2024-cü illər mövsümündə çıxış edən “Xəzri” BK artıq "Naxçıvan" adı altında mübarizə aparacaq.

Belə ki, komandanın məşqçilər korpusunda türkiyəli mütəxəssis Murat Dikmen baş məşqçi, Güray Yıldız isə köməkçi məşqçi kimi fəaliyyət göstərəcək.

Həmçinin klubun yeni loqosu da təqdim olunub.