“Abşeron” Azərbaycan millisinin daha bir voleybolçusunu heyətinə qatıb.

Offsideplus.az xəbər verir ki, klub ölkə çempionatının gümüş mükafatçısı, hücumçu Nikalina Başnakova ilə güclənib.

Başnakova ötən mövsüm İtaliyada "Pallavolo Kosta Volpino"da çıxış edib. Bundan əvvəl isə Macarıstan və Türkiyə çempionatlarında oynayıb.

Qeyd edək ki, “Abşeron” bundan əvvəl blokçu Anastasiya Mertsalovanın transferini həyata keçirib.