Bu gün "Araz-Naxçıvan" komandası futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində mübarizəyə başlayacaq.

Offsideplus.az xəbər verir ki, H qrupunda yer alan Vitali Borisovun baş məşqçisi olduğu kollektiv ilk görüşdə Şimali İrlandiya təmsilçisi “Sparta Belfast” ilə üz-üzə gələcək.

İsveçin Uddevalla şəhərində gerçəkləşəcək qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.