Azərbaycanın 20 yaşadək çimərlik voleybolçularından ibarət millisi Avropa çempionatında əsas mərhələyə yüksəlib.

Offsideplus.az xəbər verir ki, qızlardan ibarət komanda (Səbinə Əlizadə - Lizi Latsabidze) isə təsnifat mərhələsində iki görüş keçirib. 

Andoranı 2:0 hesabı ilə məğlub edən cütlük Şotlandiyaya 0:2 hesabı ilə uduzub.

Bununla da əsas mərhələyə vəsiqə qazanan komanda C qrupunda İspaniya, Serbiya və İngiltərə komandaları ilə yarışacaqlar. Qrup oyunları iyulun 25-26-da baş tutacaq.