"Qalatasaray" klubu futbolçusu Berkan Kutlu ilə yollarını ayırıb.
Offsideplus.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, 27 yaşlı yarımmüdafiəçi qarşılıqlı razılıq əsasında komandadan ayrılıb.
Qeyd edək ki, futbolçunun Superliqanın digər təmsilçisi "Konyaspor"a keçidi gözlənilir.



