"Qalatasaray"ın ulduz futbolçusu Viktor Osimhenin "Fənərbaxça" ilə derbidə meydanda olmaq şansı var/

Offsideplus.az xəbər verir ki, “NTV Spor”a istinadən xəbər verir ki, "sarı-qırmızılar"ın tibbi heyəti nigeriyalı hücumçunu derbiyə hazırlamaq üçün çalışır. 

Nigeriya millisinin Konqo ilə oyununda zədələnən futbolçu hazırda intensiv müalicə alır. 

O, sabahkı məşqdə özünü sınayacaq.

Osimhen derbidə meydanda olmaq üçün fədakarlıq etməyə hazırdır.

İstanbul təmsilçisinin digər zədəli oyunçuları - Mario Lemina və İsmayıl Yakobsun derbidə oynama ehtimalının olduğu qeyd edilib. 

Bildirilib ki, Vilfrid Sinqo və Berkan Kutlunun oynaması gözlənilmir, Yunus Akgünün oynamaq şansı orta, Kaan Ayhanın isə ehtimalı azdır.

Qeyd edək ki, "Fənərbaxça"-"Qalatasaray" derbisi dekabrın 1-də baş tutacaq.