Türkiyənin "Sivasspor" klubu baş məşqçisi Tamer Tuna ilə yollarını ayırıb.

Offsideplus.az klubun saytına istinadən xəbər verir ki, 42 yaşlı mütəxəssislə olan müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qeyd edək ki, Tamer Tuna bu ilin may ayında "Sivasspor"a baş məşqçi təyin olunmuşdu. Komanda Türkiyə Super Liqasında 11 turdan sonra 11 xalla 14-cü pillədə qərarlaşıb.