Mario Balotelli sabiq klubu "Adana Demirspor"a qarşı məhkəmə işində qalib gəlib. 

Offsideplus.az xəbər verir ki, məşhur futbolçu Türkiyə klubunun müqaviləyə xitam verilərkən qayda pozuntusunun olduğunu sübut edib. Məvaciblərin ödənməməsi səbəbi ilə başlayan məhkəmə işi Balotellinin xeyrinə başa çatıb. Adana təmsilçisi ulduz hücumçuya 3,1 milyon avro təzminat ödəyəcək. 

Qeyd edək ki, Mario Balotelli 2023-24 sezonunda "Adana Demirspor"un formasını geyinib.